...

Təəssüflə qeyd etməliyəm ki, bəzən digər standartlara malik olan başqa bir Avropa Şurası da var-Azərbaycan nümayəndə heyətinin sədri

Siyasət Materials 1 Oktyabr 2009 21:11 (UTC +04:00)

Fransa, Strasburq, 1 oktyabr/ Trend , müxbir A.Məhərrəmli/ Təəssüflə qeyd etməliyəm ki, bəzən digər standartlara malik olan başqa bir Avropa Şurası da var. Bu fikirləri cümə axşamı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov qurumun payız sessiyası çərçivəsində Fransalı deputat Jan-Klod Minyonun hazırladiğı " 60 illik təcrübənin fövqündə Avropa Şurasının gələcəyi " adlı 12017 nömrəli hesabat ətrafında aparılan müzakirələrdə deyib.

"Zaman- zaman burada qaldırdığımız məsələlər, problemlər və müzakirələr çox vacibdir. Bu bütün ölkələr üçün vacibdir, xüsusilə də mənim ölkəm Azərbaycan üçün. Təqribən on il bundan əvvəl, biz böyük ümudlərlə və böyük ambisiyalarla Avropa Şurasana qəbul olunduq. Biz burada şox şeylər gördük və dostlarımızla birgə çox işlər gördük və təbii ki, bundan qürur hissi keçiririk. Biz ölkəmizdə ölüm hökmünü ləğv etdik, bütünlüklə ölkənin qanunvericiliyini dəyişdik, QHT və vətəndaş qurumları üçün yeni abu-hava yaratdıq və bütün bunlar söz azadlığının təmin olunması istiqamətində çox vacib addimlardır. Bildiyiniz kimi, bütün bunlar təbii ki, bu Təşkilatın səyləri nəticəsində və dəyərləri sayəsində edilib. Avropanın tarixinə nəzər saldıqda, görürük ki, bu son 60 il istisna olmaqla, Avropanın tarixi 25 il belə müharibəsiz, munaqişələrsiz  keçməyib. Bu unikal imkan da insan haqlarının qorunması, demokratiya, hüququn aliliyi kimi dəyərlərin keşiyində duran məhz bu təşkilatın sayəsində yarandı. Mən bu Təşkilatın fəaliyyətini alqışlayıram. Çünki 2005-ci ildə bu qurum mənim ölkəmin bir hissəsi olan Dağlıq Qarabağa dair qətnamə qəbul etmişdi. Assambleya da bu ərazilərdə terrorizmin olmamasını, insan haqlarının pozulmaması və demokratiyanın bərqərar olması tərəfdarı olmuşdu. Mən bu təşkilatı ona görə alqışlayıram ki, burada qadın hüquqlarının pozulmasına və digər belə aktlara qarşı mübarizə aparılır. Lakin təəssüflə qeyd etməliyəm ki, bununla yanaşı digər standartlara malik olan başqa bir Avropa Şurası da var. Eyni problemlərə fərqli yanaşmaların, böyük və kiçik ölkələrə fərqli münasibət, eləcə də bu və ya digər siyasi partiyalara fərqli mövqe nümayiş etdirən Avropa Şurasını görürük. Məsələn, Avropa Demokrat Qrupu (EDG) daxilindəki prosesslərə baxın. Burada bəzi dostlarımız oyun getdiyi vaxtda oyunun qaydalarını dıyişməyə cəhd göstərirdilər. Bu da bu teəşkilat üçün qəbuledilməzdir. Ümüd edirəm ki, biz qurucularımızın bizə miras qoyduğu bütün bu ali dəyərlərimizi qoruyub saxlayacayıq və biz də bunun üçün bütün əlimizdən gələni etməliyik," - deyə millət vəkili qeyd edib.

Qeyd edək ki, Fransalı deputat Jan-Klod Minyonun hazırladiğı " 60 illik təcrübənin fövqündə Avropa Şurasının gələcəyi " adlı 12017 nömrəli hesabatı dinlənilib və müzakirələr aparılıb. Müzakirələrdə əsas diqqət AŞ PA sədri və qurumun komitə sədrlərinin səlahiyyət müddətinin iki ildən üç ilə qaldırılması ilə bağlı hesabatda yer alan təklifə yönəlib. Çünki bu hesabatda əsas maraq doğuran məqam hesabatın 28.11 paraqrafında AŞPA prezidenti və qurumun komitələrinin sədrlərinin səlahiyyət müddətini yenidən iki ildən üç ilə qaldırması məsələsidir. Məruzədə bu təklifin irəli sürülməsi AŞ PA və qurumun komitə sədrlərinin fəaliyyətinin davamlı olmasını təmin etmək məqsədi daşıdığı vurğulanır. Bir çox parlamentarilər, xüsusilə Avropa Demokrat Qrupunun (EDG) üzvləri, o cümlədən türk və azərbaycanlı deputatlar bu paraqrafı hesabatdan çıxarmaq məqsədilə ona yazılı düzəlişlər təqdim ediblər. Qeyd edək ki, gələn il AŞPA-nın hal-hazırkı prezidenti Luis Maria de Puçun mandatı bitir və prezidentliyə növbəti namizəd Avropa Demokrat Qrupunun üzvü Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Mövlut Çavuşoğludur.Türkiyəli deputatın namizədliyi Avropa Demokratlar qrupunun çərşənbə günü Strasburqda keçirilən iclasında verilib. "60 illik təcrübənin fövqündə Avropa Şurasının gələcəyi " adlı hesabatın hazırlanmasında məqsəd AŞ-nin missiyasının təkamülünə dair düşüncələr aparmaq, Təşkilatın fəaliyyəti ilə bağlı problemləri müəyyənləşdirmək və AŞ-nin demokratiya, insan haqları və hüququn aliliyi principlərinə əsaslanan Avropa quruculuğu prosesində əsas təşkilat qalması üçün zəruri tədbirlərin görülməsidir. Qeyd edək ki, hesabatda AŞ PA sədrinin mandatının iki ildən üç ilə qaldırılması ilə bağlı irəli sürülən təklif qurumun Avropa Demokrat qrupunun ciddi narazılığına səbəb olub. Qeyd edək ki, 2009-cu ilin yanvar ayında AŞ PA sədrinin mandatının iki ilə endirilməsinə dair siyasi qrup sədrləri arasında centlement anlaşma və yazılı razılaşma imzalanıb. Prosedura qaydalarına görə, AŞ PA-nın növbəti sədri Avropa Demokrat qrupundan seçilməlidir.

Müzakirələr çox qızğın keçib.

Sonda Qətnamə layihəsi bir neçə dəyişikliklərlə qəbul olunub. Hesabatda AŞPA prezidenti və qurumun komitələrinin sədrlərinin səlahiyyət müddətini yenidən iki ildən üç ilə qaldırmasına dair sözügedən 28.11 bəndinin ləğvinə yönəlmiş 2-ci və 10-cu dəyişiklik keçməsə də, bu bəndə 12-ci dəyişikliklə " Sədrlik səlahiyyəti ilə bağlı aparılacaq hər hansı bir dəyişiklik 2010-cu ilin yanvar ayında keçiriləcək AŞPA sədrliyinə seçkilərdən sonra qüvvəyə minməlidir " sözləri əlavə olunub. Bununla da Assambleya hal- hazırkı prezidentin səlahiyyətlərinin iki il olmasına və üç illik səlahiyyət müddətinin AŞ PA sədrliyinə 2010-cu ilin yanvarında keçiriləcək seçkilərdən sonra  yenidən qüvvəyə minməsinə səs verib. Beləliklə. AŞ PA-nın növbəti sədri Avropa demokrat qrupunun namizədi olacaq.

Xəbər lenti

Xəbər lenti