Qazaxıstan Prezidenti Nursultan Nazarbayev oktyabrın 2-də Şəhidlər Xiyabanını ziyarət edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Prezident Nursultan Nazarbayev Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səslənib. AIi qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Prezident Nursultan Nazarbayev Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]