...

"İrəli" İctimai Təşkilatı payız müzakirələrinə başlayıb

Siyasət Materials 2 Oktyabr 2009 13:20 (UTC +04:00)
"İrəli" İctimai Təşkilatı payız müzakirələrinə başlayıb.
"İrəli" İctimai Təşkilatı payız müzakirələrinə başlayıb

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir M.Əliyev/

"İrəli" İctimai Təşkilatı payız müzakirələrinə başlayıb.

"ABŞ - bizim strateji tərəfdaşımız və ya yalnız super dövlətdir" mövzusunda müzakirələr cümə günü ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələr üzrə nümayəndəsi Coanna Hansen və Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadənin, ölkənin gənc nümayəndələrinin iştirakı ilə keçirilib.

"ABŞ Azərbaycanı strateji tərəfdaşı kimi görür. Stabil və güclü Azərbaycan stabil Qafqaz deməkdir", - Hansen bildirib.

"ABŞ və Azərbaycan arasındakı münasibətlərə iki mövqedən - Azərbaycanın müstəqiliyi, demokratik islahlatların keçirilməsi, həmçinin enerji məsələləri və təhlükəsizlik məsələləri mövqeyindən baxmaq lazımdır", - Mollazadə bildirib.

O təəssüflə bildirib ki, ABŞ əsasən erməniyönlü mənbələrdən məlumat əldə edir.

Xəbər lenti

Xəbər lenti