...

Azərbaycan Prezidenti Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 5 Oktyabr 2009 17:58 (UTC +04:00)
Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib, Azərbaycan ilə Pakistanın yaxın tərəfdaş və müttəfiq ölkələr olduğunu vurğulayıb. Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.
Azərbaycan Prezidenti Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sədri general Tariq Məcidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycana ilk dəfə gəldiyini, səfəri zamanı yüksək qonaqpərvərliklə qarşılandığını deyən Tariq Məcid Azərbaycanın gözəl bir ölkə olduğunu, burada qardaşlıq hissləri keçirdiyini deyib.

Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib, Azərbaycan ilə Pakistanın yaxın tərəfdaş və müttəfiq ölkələr olduğunu vurğulayıb. Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

Dövlət başçısı Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sədrinin ölkəmizə səfərinin münasibətlərimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti