...

Türkiyə oktyabrın 10-da Ermənistan ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasına dair protokolu imzalamağa hazırdır – Baş nazir

Siyasət Materials 7 Oktyabr 2009 12:58 (UTC +04:00)
Türkiyə şənbə günü, oktyabrın 10-da, həmin müddətə kimi Yerevan tərəfindən heç bir maneə yaranmadığı təqdirdə, Ermənistan ilə sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasına dair protokolu imzalamağa hazırdır. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Amerikanın "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib, RİA Novosti yazır.
Türkiyə oktyabrın 10-da Ermənistan ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasına dair protokolu imzalamağa hazırdır – Baş nazir

Türkiyə şənbə günü, oktyabrın 10-da, həmin müddətə kimi Yerevan tərəfindən heç bir maneə yaranmadığı təqdirdə, Ermənistan ilə sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasına dair protokolu imzalamağa hazırdır. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Amerikanın "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib, RİA Novosti yazır.

Ərdoğan həmçinin bildirib ki, imzalanmada şahidlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin olmasını istərdi. Onun sözlərinə əsasən, bu münaqişənin həllindəki irəliləyiş ilə Ermənistan-Türkiyə razılaşmasının imzalanması arasında Ankaranın əvvəlcədən təkid etdiyi formal əlaqə yoxdur.

"Bizim xarici işlər nazirimiz Ermənistanın xarici işlər naziri Nalbandyan ilə oktyabrın 10-da bu müqaviləni imzalamağa hazırdır. Ermənistan tərəfindən o vaxta kimi vəziyyətlə bağlı mənfi inkişafı olmasa, mən bu müqavilənin imzalanmasında heç bir problem görmürəm, çünki bütün dünyaya məlum olduğu kimi və tezliklə bir daha görəcəyimiz kimi, biz hər zaman vədlərimizə sadiq qalırıq. Buna görə də nə qədər ki, hələ mətndə dəyişiklik edilməyib, biz onun hazırda olduğu kimi imzalamağa hazırıq", - Ərdoğan qəzetə oktyabrın 5-də, İstanbulda verdiyi müsahibəsində bildirib.

Müsahibənin nitqi konkret olaraq "Ermənistan ilə sərhədləri yenidən açacaq və iki dövlət arasında diplomatik münasibətləri quracaq protokol" barəsindədir.

"Biz həmçinin Minsk Qrupunu bu müqavilənin imzalanmasının şahidi qismində görmək istərdik - əgər fransızlar gəlməsə, yəqin ki, amerikalılar və ruslar gələcək", - Türkiyənin Baş naziri bildirib.

Ərdoğanın sözlərinə əsasən, imzalanması oktyabrın 10-da planlaşdırılan razılaşmanın "MDB ölkələrinin sammiti çərçivəsində bu həftənin sonunda Moldovada Azərbaycan və Ermənisan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçiriləcək görüşlə heç bir əlaqəsi yoxdur".

Türkiyənin Baş naziri həmçinin bildirib ki, "Moldovada hadisələrin müsbət inkişafı əlbəttə ki, ümumlikdə prosesə müsbət təsir göstərəcək".

Yerevanın artıq razılaşdırılmış Ermənistan-Türkiyə sənədləri üzrə mövqeyinə mənfi təsir göstərə biləcək mümkün amillər barədə danışarkən Ərdoğan Sarkisyanın xarici səfərinə toxunub. Avropa və ABŞ-da Sarkisyan xarici erməni icmalarının nümayəndələri ilə görüşüb. Onların əksəriyyəti Türkiyə ilə müqavilənin imzalanmasına qarşı çıxıb.

"Prezident Sarkisyan səfərdə olarkən erməni diasporunun sərt reaksiyası ilə üzləşib. Buna görə də onun diasporun bu reaksiyaları qarşısında necə addım atacağı çox vacibdir. Əgər o, möhkəm olsa və erməni diasporu deyil, Ermənistan hökuməti Ermənistanın siyasətini müəyyənləşdirsə, o zaman biz irəliləyə bilərik. Biz gəldikdə isə problem yoxdur. Problem onlarda varsa, Ermənistan hökuməti özü qərar verməlidir", - Türkiyənin Baş naziri bildirib.

Xəbər lenti

Xəbər lenti