...

Azərbaycan Prezidenti Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 7 Oktyabr 2009 20:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ermənistan Respublikası ilə sərhəddə yerləşən 19 dağ kəndini rayon mərkəzi ilə birləşdirən, xüsusi strateji əhəmiyyətə malik olan Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidənqurulması məqsədi ilə Tovuz rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon (beş milyon) manat məbləğində vəsait ayrılsın.
Maliyyə Nazirliyi həmin vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
Sərəncamda son illər Tovuz rayonunun sosial-iqtisadi inkişafı, yol və digər infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində bir sıra mühüm işlərin görüldüyü vurğulanıb.

Xəbər lenti

Xəbər lenti