...

MDB-nin əhəmiyyətini qiymətləndirməmək olmaz - ekspert

Siyasət Materials 9 Oktyabr 2009 12:49 (UTC +04:00)
Rusiyanın "Kommersant" qəzetinin baş redaktoru, politoloq Azər Mürsəliyev hesab edir ki, müstəqil dövlətlər birliyini lazımsız təşkilat hesab etmək və onun tarixini əhəmiyyətini unutmaq olmaz.
MDB-nin əhəmiyyətini qiymətləndirməmək olmaz - ekspert

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir V.Javoronkova/

Rusiyanın "Kommersant" qəzetinin baş redaktoru, politoloq Azər Mürsəliyev hesab edir ki, müstəqil dövlətlər birliyini lazımsız təşkilat hesab etmək və onun tarixini əhəmiyyətini unutmaq olmaz.

MDB-nin Kişinyovda keçirilən sammitinə üzv ölkələrdən bir neçəsinin - Türkmənistan, Qazaxstan və Tacikistanın prezidentiləri gəlməkdən imtina edib.

MDB ölkələri liderlərinin bu qərarı müxtəlif cür izah olunur. Həmçinin təçkilatın öz aktuallığını itirməsi barədə fikirlər də səsləndirilir.

Amma Mürsəliyyevin fikrincə, MDB-nin əhəmiyyətini qiymətləndirməmək olmaz.

O, telefon vasitəsilə Moskvadan Trend -a verdiyi müsahibəsində bildirib ki, MDB-ni lazımsız təşkilat kimi qiymətləndirmək düz olmazdı. "Baxmayaraq ki, onun üzvləri hər il eyni məsələləri müzakirə edirlər, bununla belə onun tarixi rolunu unutmaq olmaz", - Mürsəliyev deyib.

Onun sözlərinə görə, hamıya məlumdur ki, MDB birlik kimi deyil, "sivil boşanma" aləti kimi yaradılmışdı. Ekspert hesab edir ki, bu baxımdan MDB öz rolunun yerinə yetirib.

Mürsəliyev deyib ki, amma SSRİ-nin dağılma prosesi başqa cür də ola bilərdi. Onun sözlərinə görə, Yuqoslaviyanın aqibəti SSRİ xalqlarını da gözləyə bilərdi.

MDB 1991-ci ildə yaradılıb və keçmiş SSRİ -nin əksər ölkələri bu birliyin üzvüdür.

Xəbər lenti

Xəbər lenti