...

Gürcüstan XİN Türkiyə-Ermənistan protokollarının imzalanmasını müsbət qiymətləndirir

Siyasət Materials 12 Oktyabr 2009 18:50 (UTC +04:00)
Gürcüstan tərəfi Türkiyə-Ermənistan protokollarının imzalanmasını "müsbət" addım kimi qiymətləndirib.
Gürcüstan XİN Türkiyə-Ermənistan protokollarının imzalanmasını müsbət qiymətləndirir

Gürcüstan, Tbilisi, 12 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan tərəfi Türkiyə-Ermənistan protokollarının imzalanmasını "müsbət" addım kimi qiymətləndirib. Bazar ertəsi keçirdiyi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya bildirib ki, Gürcüstan tərəfi onunla qonşu olan ölkələr arasında münasibətlərin yaxşılaşmasını dəstəkləyir.

"Biz hesab edirik ki, regionda təhlükəsizliyin artırılması üçün bu cür addımların atılması vacibdir", - Gürcüstan rəsmisi deyib.

Bu münasibətlərin regiondakı layihələrə təsiri barədə sualı cavablandıran Calaqaniya deyib ki, bu haqda proqnoz vermək hələ tezdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti