...

Azərbaycan türkdilli dünyanın ayrılmaz hissəsidir - nazir

Siyasət Materials 16 Oktyabr 2009 16:06 (UTC +04:00)
Azərbaycan tükdilli dünyanın ayrılmaz hissəsidir və biz türkdilli ölkələrin bütün layihələrində mövqeyə malik olmağa hazırıq, bu barədə cümə günü TÜRKSOY-un Daimi Şurasının 26-cı iclasının açılışında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Azərbaycan türkdilli dünyanın ayrılmaz hissəsidir - nazir

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir Ü.Sadıqova /

Azərbaycan tükdilli dünyanın ayrılmaz hissəsidir və biz türkdilli ölkələrin bütün layihələrində mövqeyə malik olmağa hazırıq, bu barədə cümə günü TÜRKSOY-un Daimi Şurasının 26-cı iclasının açılışında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə əsasən, son zamanlar TÜRKSOY və Azərbaycanın yaxınlaşması istiqamətində çox böyük işlər görülür. "Türkdilli ölkələrin mədəniyyətini dünya səviyyəsinə qaldırmaq üçün biz əlavə işlər görməyə hazırıq", - nazir bildirib.

Cümə günü Bakıda TÜRKSOY-un Daimi Şurasının 26-cı iclası öz işinə başlayıb.

Gündəliyə sözügedən təşkilatın ötən ildə fəaliyyət yekunları; sözügedən təşkilatın ötən il ərzində maliyyə fəaliyyəti; hüquqi sənədlərə düzəlişlərin və əlavələrin edilməsi məqsədilə nəzərdən keçirilməsi; TÜRKSOY-un 2010-cu il üzrə proqramlarının müzakirəsi və təsdiqlənməsi daxildir.

Xəbər lenti

Xəbər lenti