...

"İrəli" Azərbaycanda bələdiyyə seçkilərinə gənclərin diqqətini cəlb etmək məqsədilə layihə həyata keçirir

Siyasət Materials 17 Oktyabr 2009 11:47 (UTC +04:00)
"İrəli" İctimia Birliyi əhalinin diqqətinin Azərbaycanda bələdiyyə seçkillərinə cəlb edilməsi, gənclərin seçkilərdə seçici, o cümlədən namizəd qismində iştirakının stimullaşdırılması üzrə layihənin həyata keçirilməsinə başlayıb, bu barədə şənbə günü birliyin mətbuat xidmətindən bildirilib.
"İrəli" Azərbaycanda bələdiyyə seçkilərinə gənclərin diqqətini cəlb etmək məqsədilə layihə həyata keçirir

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir M.Əliyev /

"İrəli" İctimia Birliyi əhalinin diqqətinin Azərbaycanda bələdiyyə seçkillərinə cəlb edilməsi, gənclərin seçkilərdə seçici, o cümlədən namizəd qismində iştirakının stimullaşdırılması üzrə layihənin həyata keçirilməsinə başlayıb, bu barədə şənbə günü birliyin mətbuat xidmətindən bildirilib.

"Bələdiyyələr 2009: gənclərin yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə iştirakının stimullaşdırılması" layihəsi gənclərin bələdiyyələr , ictimaiyyət-bələdiyyə münasibətlərinin inkişafı sahəsində gənclərin maarifləndirilməsinə yönəlib. Layihə çərçivəsində "İrəli" İB oktyabrın 21-dən noyabrın 20-nə kimi 56 şəhər və rayon mərkəzlərində "Demokratiya həftəsi" mövzusunda seminarlar keçirəcək. Layihənin sonunda seçkilərə müşahidəçi qismində qoşulmaq istəyənlər üçün seminarlar təşkil ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti