...

Azərbaycan müxalifətinin vəziyyəti çox ağırdır - müxalifət hərəkatının lideri

Siyasət Materials 19 Oktyabr 2009 12:19 (UTC +04:00)
Azərbaycanın müxalifət hərəkatının lideri müxalifətin vəziyyətinin çox ağır olduğunu etiraf edir.
Azərbaycan müxalifətinin vəziyyəti çox ağırdır - müxalifət hərəkatının lideri

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın müxalifət hərəkatının lideri müxalifətin vəziyyətinin çox ağır olduğunu etiraf edir.

"İmkanlarımızın çox məhdud olduğu vəziyyətdə müxalifətin birliyini qoruyub saxlamaq lazımdır", - bazar ertəsi Trend -a Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkət bildirib.

Trend -un arayışı: "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Müsavat Partiyası Ümid Partiyasının seçki komissiyalarındakı üzvlərinin geri çağırılmasını tələb edir. Ümid Partiyası isə Müsavat depuatat qrupu üzvlərini mandatlarından imtina edəcəyi təqdirdə tələbin yerinə yetirələcəyini bəyan edib. Hər iki partiya arasında yaranan bu gərginlik hərəkat daxilində ciddi böhrana səbəb olub.

Şövkətin sözlərinə görə, "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan partiyaların bir-birinə qarşı şərt irəli sürməsinin vaxtı deyil.

"Biz hərəkatı təsis edəndə Qarabağ problemi ətrafında yaranan situasiyanın Azərbaycanın xeyrinə olmadığını əsas gətirmişdik. Qarabağ bizim ümummilli problemdir. Belə məqamda Qarabağla bağlı olan hərəkatın dağıdılmasının əleyhinəyəm", - hərəkat lideri əlavə edib.

Onun fikrincə, bu gün Qarabağ problemi ilə bağlı həm müxalifətin, həm də iqtidarın mövqeyi üst-üstə düşməlidir.

"Belə vəziyyətdə hərəkatın dağılmasına imkan vermək olmaz. Mən qəti şəkildə həm Müsavat, həm də Ümid Partiaysından xahiş etmişəm ki, şərtlərindən imtina edib kompromisə getsinlər", - Şövkət vurğulayıb.

Hərəkat lideri Azərbaycan müxalifətinin təsis etdiyi birliklərin qısa müddətli olmasına təəssüfləndiyini də qeyd edib.

"Mən bu birliklərin dağılmasında rolu olduğuna görə konkret hansısa partiyaya qarşı ittiham irəli sürmək istəmirəm. Amma Qarabağla bağlı yaradılan hərəkatın bu ərəfədə dağılmasına yol vermək olmaz. Mən bir daha Müsavat və Ümid partiyalarından bir-birinə qarşı kompromisə getmələrini xahiş edirəm, əks təqdirdə, hərəkatın fəaliyyətinə xitam veriləcək. Əgər təsisçilərdən olan iki partiya bir-biri ilə yola getmirlərsə, düşünürəm ki, hərəkatın qalmasına da ehtiyac yoxdur", - Şövkət bildirib.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları 2009-cu il martın 18-də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum ərəfəsi təsis ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti