...

Azərbaycan və Türkmənistan arasında Xəzərin statusuna dair müqavilənin imzalanması gözlənilir - xarici işlər nazirinin müavini (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 Oktyabr 2009 12:52 (UTC +04:00)
Azərbaycan Türkmənistan ilə müqavilənin imzalanmasını və yaxın zamanda Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində bütün Xəzəryanı dövlətlər ilə mövqelərinin yaxınlaşmasını gözləyir, bu gün jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Azərbaycan və Türkmənistan arasında Xəzərin statusuna dair müqavilənin imzalanması gözlənilir - xarici işlər nazirinin müavini (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 оktyabr / Trend E.Ostapenko/

RED: üçüncü abazsdan sonra əlavə olunub

Azərbaycan Türkmənistan ilə müqavilənin imzalanmasını və yaxın zamanda Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində bütün Xəzəryanı dövlətlər ilə mövqelərinin yaxınlaşmasını gözləyir, bu gün jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

"Biz ümid edirik ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. İnanıram ki, Xəzəryanı dövlətlər razılıq əldə ediblər və müvafiq qurumlar və orqanlar bütün sahələrdə əməkdaşlığımıza yardım edəcək", - Xələfov Xəzər regionunda təhlükəsizliyin müzakirəsi üzrə iclasda bildirib.

Xələforvun sözlərinə əsasən, hazırkı görüş Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində və ilk dəfə Xəzəryanı dövlətlərin əməkdaşlıq haqqında müqavilə imzaladığı Tehran sammitində açıq qalan bütün məsələlərin həlli üçün çox vacibdir.

Xələfov bildirib ki, Tehran sammitində dövlət başçıları tərəfindən qəbul edilən qəti qərar qarşılıqlı səmərəli əməkdaşlığın təmin edilməsi və daxili orqanlar, sərhəd və gömrük xidmətləri tərəfindən hazırkı mexanizmlərin işlənib hazırlanmasına yönəlib.

Onun sözlərinə əsasən, Azərbaycan tərəfi bütün təkliflər əsasında müqavilə layihəsini hazırlayıb və öz həmkarlarına təqdim edib, bu gün və sabah sənədin müzakirəsi planlaşdırılır.

"Daha çox dövlətin cəlb olunması regionla bağlı olan perspektivləri daha cəlbedici edir. Regiondakı bütün layihələr uğurla həyata keçirilir", - o bildirib.

Xələfovun qeyd etdiyi kimi, digər aktual və mühüm məsələ Xəzər dənizi səthinin bölüşdürülməsidir. Son zamanlar Xəzəryanı dövlətlər arasında yaxınlaşma isə bu ölkələrin qısa vaxtda razılıq əldə edəcəklərinə inanmağa əsas verir.

Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birinə qarşı heç bir tələbi yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli razılaşmalar var. Tərəflər həmçinin bölüşdürücü xətlərin koordinatlarının müəyyənləşdirilməsi üzrə vahid fikrə gəliblər. Məsələ yalnız iki ölkə - Türkmənistan və İranla razılaşdırılmayıb. Buna görə də çoxillik müzakirələrə baxmayaraq, Xəzərin statusu məsələsi indiyədək həll olunmayıb.

Azərbaycan Xəzər dövlətlərindən ilk olaraq dünyada ən böyük gölün sərhədlərinin bölünməsinə və öz müstəqilliyinin hüdudlarının müəyyənləşdirilməsinə başlayıb. Məhz Azərbaycan Respublikası ilk dəfə Xəzər dənizində öz sektorunun mövcudluğunu elan edib və 1994-cü il 20 sentyabrda qərb şirkətləri ilə PSA (production sharing agreement) - məhsul bölgüsü barədə müqavilə modeli üzrə beynəlxalq müqavilə ("Əsrin müqaviləsi") imzalamaqla bunu təsbit edib. Bu öz əksini 1995-ci ildə Azərbaycanın Əsas qanununda tapıb.

Xəbər lenti

Xəbər lenti