...

Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu ümid edir ki, yaxın zamanlarda Türkiyə bayrağı Şəhidlər Xiyabanında dalğalanacaq

Siyasət Materials 22 Oktyabr 2009 19:33 (UTC +04:00)
Şəhidlər Xiyabanından Türkiyə bayrağının götürülməsi məsələsi bu gün Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun görüşü zamanı müzakirə edilib.
Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu ümid edir ki, yaxın zamanlarda Türkiyə bayrağı Şəhidlər Xiyabanında dalğalanacaq

Şəhidlər Xiyabanından Türkiyə bayrağının götürülməsi məsələsi bu gün Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun görüşü zamanı müzakirə edilib.

"Bu gün biz bu məsələni müzakirə etmişik və ümid edirik ki, yaxın zamanlarda Türkiyə bayrağı Şəhidlər Xiyabanında dalğalanacaq", - Davudoğlu cümə axşamı Bakıda jurnalistlərə deyib.

Elmar Məmmədyarovun sözlərinə görə, Türkiyə və Ermənistan komandaları arasında Bursada keçirilən futbol matçı zamanı Azərbaycan bayraqlarının təhqir edilməsinə aydınlıq gətirmək üçün araşdırma aparılacaq. Davudoğlunun sözlərinə görə, bu, iki xalq arasında ixtilaf yaratmaq məqsədilə atılan təxribat addımı olub.

"Azərbaycan və Türkiyə bayraqları bizim üçün eyni dərəcədə əzizdir, siz burada bizim şəhidlərimizi necə qoruyursunuzsa, biz də Türkiyədə Azərbaycan bayraqlarını elə qoruyuruq", - Davudoğlu deyib.

Oktyabrın 14-də Bursada Türkiyə-Ermənistan futbol matçı zamanı Azərbaycan bayraqları təhqir olunub. Bununla bağlı rəsmi Bakı Türkiyənin Azərbaycandakı səfirliyinə rəsmi etirazını bildirib. Azərbaycanın mövcud qanunvericiliyinə əsasən, Türkiyənin Şəhidlər Xiyabanındakı bayrağı götürülüb.

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri bu gün Fəxri Xiyabana və Şəhidlər Xiyabanına baş çəkiblər.

Xəbər lenti

Xəbər lenti