Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir M.Əliyev /
Böyük Quruluş Partiyası (BQP) Azərbaycanda bələdiyyə seçkilərində 500-dən çox namizədini təsdiqləyib, bu barədə bazar ertəsi Trend -a partiyanın sədri Fazil Qəzənfəroğlu bildirib.
Onun sözlərinə əsasən, oktyabrın 25-də BQP-nin qurultayına onun sədr seçilməsi məsələsindən əlavə, partiyanın bələdiyyə seçkilərində iştirakı da müzakirə edilib. "Hazırda partiya bu seçkilərə ciddi hazırlaşır", - Qəzənfəroğlu bildirib.
Azərbaycanda bələdiyə seçkiləri dekbarın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 üzvün seçilməsi nəzərdə tutulur.
Bundan öncə yerli özünüidarəetmə orqanlarına seçkilər iki dəfə - 1999 və 2004-cü illərdə keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]