Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir S.Ağayev/
Türkiyədə A/H1N1 virusuna yoluxanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov bildirib.
Onun sözlərinə əsasən, Türkiyədə bu virusa yoluxanlar əsasən məktəblilər və səhiyyə sahəsində çalışan şəxslərdir. Səfirlikdə A/H1N1 virusuna yoluxan Azərbaycan vətəndaşları barədə məlumat yoxdur, bu barədə diplomat Ankaradan telefonla bildirib.
Türkiyənin Səhiyyə Nazirliyi şənbə günü "donuz qripi"ndən ilk ölüm faktı barədə məlumat verib. Sözügedən fakt Ankarada qeydə alınıb.
Oktyabrın 24-nə olan məlumata əsasən, Türkiyədə A/H1N1 virusuna yoluxma üzrə 958 fakt qeydə alınıb, bu barədə bu ölkənin Səhiyyə Nazirliyi xəbər verir.