Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülü ölkənin milli bayramı - Respublika günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Xalqlarımızın iradə və məramının ifadəsi olan dostluq və qardaşlığımız bu gün dövlətlərarası münasibətlərimizin ruhunda bilavasitə öz təcəssümünü tapmışdır. Əminəm ki, tarixin sınaqlarından çıxmış bu böyük sərvətimizi qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq yolunda səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik", - təbrik məktubunda deyilir.
Dövlət başçısı türkiyəli həmkarına möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və firavanlıq diləyib.