...

Azərbaycan Prezidenti İsmayıllı rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olub

Siyasət Materials 29 Oktyabr 2009 14:04 (UTC +04:00)
Oktyabrın 29-da Prezident İlham Əliyev İsmayıllı rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti İsmayıllı rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olub

Oktyabrın 29-da Prezident İlham Əliyev İsmayıllı rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Dövlətimizin başçısına məlumat verilib ki, bu istirahət ocağı ümummilli liderimizin anadan olmasının 75 illiyi ilə əlaqədar 1998-ci ildən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı adlandırılıb.

Parkın ümumi sahəsi 9 hektardır. Cari ilin may ayından parkda abadlıq və yenidənqurma işlərinə başlanıb. Parkın ərazisində olan tikililər müasir üslubda əsaslı təmir edilib, yeni yay kinoteatrı, örtülü diskoteka meydançası tikilib, tarix-diyarşünaslıq muzeyi, avtodrom, uşaq yaradıcılıq mərkəzi, idman-əyləncə klubu yaradılıb.

Parkda 16 min kvadratmetr əraziyə daş plitə döşənib, 5 hektar sahədə yaşıllıq salınıb, müasir tipli fəvvarələr, işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Abadlıq və yaşıllaşdırma işlərində Almaniya, İtaliya və Türkiyədən gətirilmiş 6 minə yaxın ağac və gül kollarından istifadə olunub.

Dövlətimizin başçısı və xanımı uşaq yaradıcılıq mərkəzi ilə tanış olub. Üçmərtəbəli mərkəzin ümumi sahəsi 3320 kvadratmetrdir. Uzun müddət fəaliyyətsiz qalan mərkəz tamamilə yenidən qurulub, mebel və digər lazımi avadanlıqla təchiz olunub. Uşaq yaradıcılıq mərkəzində 350 yerlik tamaşa salonu da var.

Parkın ərazisində Azərbaycanda ilk dəfə olaraq 1500 kvadratmetr sahədə yapon mütəxəssisləri tərəfindən "Yapon bağı" salınıb. Prezident İlham Əliyev və xanımı "Yapon bağı"nı gəziblər. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki "Yapon bağı" haqqında, eləcə də burada əkilmiş sakura ağacları barədə məlumat verib.

Sonra dövlətimizin başçısı və xanımı ümumi sahəsi 360 kvadratmetr olan Tarix-Diyarşünasliq Muzeyi ilə də tanış olmublar. Muzeyin tamamilə yenidən qurulmuş binasında 2 ekspozisiya zalı və bir konfrans salonu var. Ekspozisiya zallarının birində İsmayıllı rayonunda aparılmış arxeoloji qazıntılar zamanı tapılmış məişət əşyaları, sikkələr, Lahıc misgərlərinin əl işləri və s. nümayiş olunur. İkinci ekspozisiya zalında isə xalça-kilim məmulatı saxlanılır.

Prezident İlham Əliyev parkda idman-əyləncə klubu ilə də tanış olub. Burada bilyard və tennis stolları quraşdırılıb. Dövlətimizin başçısı bilyard oynayıb. Prezident İlham Əliyev mədəniyyət və istirahət parkındakı digər əyləncə qurğularına da baxıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti