...

Gürcüstanın birinci prezidentinin oğlu qəsdən adam öldürmədə təqsirli bilinir

Siyasət Materials 29 Oktyabr 2009 19:54 (UTC +04:00)
Gürcüstanın birinci prezidentinin oğlu Sotne Qamsaxurdiya qəsdən adam öldürmədə və qanunsuz silah daşımaqda təqsirli bilinir. Bu barədə vəkil Keti Bekauri Kavkaz-Press-ə bildirib.
Gürcüstanın birinci prezidentinin oğlu qəsdən adam öldürmədə təqsirli bilinir

Gürcüstan, Tbilisi, 29 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın birinci prezidentinin oğlu Sotne Qamsaxurdiya qəsdən adam öldürmədə və qanunsuz silah daşımaqda təqsirli bilinir. Bu barədə vəkil Keti Bekauri Kavkaz-Press-ə bildirib.

O, 19/108-ci maddələr və 236-cı maddənin ikinci hissəsi üzrə təqsirli bilinir.

"İttihamlar əsassızdır", - vəkil deyib. Sabah məhkəmə ilkin ehtiyat tədbirlərinin seçilməsinə dair məsələyə baxacaq.

"Qamsaxurdiya həbs edildiyi gündən yemək yemir, - vəkil deyib. - O, özünü təqsirkar hesab etmir".

Hüquq-mühafizə orqanlarının nnümayəndələri Gürcüstanın birinci prezidenti Ziyad Qamsaxurdiyanın oğlu Sotne Qamsaxurdiyanı öz qonşusu David Bacelidzeni odlu silahla yaraladığına görə saxlayıblar. Qamsaxurdiya və onun vəkili bu ittihamları inkar edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti