...

Abdullahın Kərzai ilə koalisiya yaratması istisna deyil - Abdullahın seçki qərargahının sözçüsü

Siyasət Materials 30 Oktyabr 2009 14:33 (UTC +04:00)
Prezidentliyə namizəd Abdullah Abdullah Əfqanıstanda prezident seçkilərinin ikinci turunun keçirilməsində israrlı olsa da, sözçüsü onun Kərzai ilə koalisiya təşkil edəcəyini istisna etmir.
Abdullahın Kərzai ilə koalisiya yaratması istisna deyil - Abdullahın seçki qərargahının sözçüsü

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir D.Xatınoğlu/

Prezidentliyə namizəd Abdullah Abdullah Əfqanıstanda prezident seçkilərinin ikinci turunun keçirilməsində israrlı olsa da, sözçüsü onun Kərzai ilə koalisiya təşkil edəcəyini istisna etmir.

Abdullahın sözçüsü Fazil Sançarki Trend -a telefonla Kabildən bildirib ki, Abdullahın hakimiyyətdə olan Kərzai ilə koalisiyaya yaratması xalqın və onun tərəfdarlarının iradəsi ilə üst-üstə düşmür, lakin müəyyən səbəblərdən - ölkədə təhlükəsizliyin təmin edilməsi, yaxud hava şəraitinin ağır olması səbəbindən seçkilər təxirə salınarsa, Abdullah Kərzai ilə koalisiya təşkil etmək barədə təkliflərini irəli sürəcək.

Sançarkinin sözlərinə görə, Abdullah müəyyən səbəblərdən seçkilərin ikinci turu ləğv olunduğu halda, ölkədə siyasi boşluğun doldurulması və hakimiyyətin legitimliyinin təmin edilməsi üçün Kərzaiyə müəyyən təşkilf təqdim edəcək. Namizədin sözçüsü, Abdullahın konkret hansı təkliflər irəli sürəcəyini açıqlamayıb.

Trend -un arayışı: Əfqanıstanda prezident seçkiləri avqustun 20-də keçirilib. İlkin statistik məlumatlara əsasən, prezident Hamid Kərzai 55 faiz səslə (3 milyon 93 min səs) birinci yerdə, Abdullah Abdullah 1571000 səslə ikinci yerdə qərarlaşıb. Lakin Müstəqil Seçkilər Komissiyası seçkilərlə bağlı 3000-ə yaxın şikayətin daxil olduğunu bildirərək, 1.5 milyon səsin saxtalaşdırıldığını elan etdi. Nəticədə, prezident seçkilərinin ikinci turu keçirilməlidir.

Əfqanıstanda prezident seçkilərinin ikinci turu noyabrın 10-da keçiriləcək. Ölkədə soyuq hava və ya Talibanın fəaliyyətinin güclənməsi şəraitində ikinci turun təxirə salınması, yaxud ləğv olunması istisna deyil.

Sançarki bildirib ki, Abdullah üçün əsas olan ikinci turun keçirilməsidir. "Abdullahın hazırkı hakimiyyətlə ciddi fikir ayrılıqlarını nəzərə alsaq, onun Kərzai ilə koalisiya yaratması böyük risk daşıyır", - deyə Abdullahın sözçüsü çümə günü bildirib.

Sançarki deyib ki, Kərzainin prezidentlik dövrünün bitməsini nəzərə alsaq və ikinci tur keçirilməsə, Abdullah bir sıra proqramlarla müəyyən siyasi qüvvələr və iqtidarla əməkdaşlığa razılıq verəcək.

Əfqanıstanın Müstəqil Seçkilər Komissiyası ölkənin 11 əyalətində təhlükəsizlik təmin olunmadığı üçün seçkilərin keçirilməyəcəyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti