...

Azərbaycan Prezidenti "Kür" Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulmasi üçün üç milyon manat ayırıb

Siyasət Materials 4 Noyabr 2009 10:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması ilə əlaqədar olaraq əlavə tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti "Kür" Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulmasi üçün üç milyon manat ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərində "Kür" Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması ilə əlaqədar olaraq əlavə tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı proqramının icrası çərçivəsində ölkəmizin şəhər və rayonlarında bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər uğurla həyata keçirilir.

İlham Əliyev Mingəçevir şəhərində "Kür" Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması ilə əlaqədar işlərin sürətləndirilməsini təmin etmək məqsədi ilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılması barədə qərar verib.

Xəbər lenti

Xəbər lenti