...

Vaşinqtonda təhlükəsizlik məsələləri üzrə Azərbaycan-Amerika məsləhətləşmələri keçirilib

Siyasət Materials 5 Noyabr 2009 10:17 (UTC +04:00)
ABŞ-ın dövlət katibinin siyasi və hərbi məsələlər üzrə köməkçisi Andrey Şapiro və Azərbaycan xarici işlər nazirinin müavini noyabrın 4-də Vaşinqtonda təhlükəsizlik məsələləri üzrə sayca 11-ci Azərbaycan-Amerika məsləhətləşmələrini keçirmək üçün görüşüblər. Bu barədə ABŞ-ın Dövlət Departamentinin saytındakı məlumatda deyilir. Danışıqlar 2007-ci ilin iyul ayında Vaşinqtonda uğurla keçirilən əvvəlki danışıqlar əsasında qurulub.
Vaşinqtonda təhlükəsizlik məsələləri üzrə Azərbaycan-Amerika məsləhətləşmələri keçirilib

Azərbaycan, Bakı, 05 noyabr / Trend /

ABŞ-ın dövlət katibinin siyasi və hərbi məsələlər üzrə köməkçisi Andrey Şapiro və Azərbaycan xarici işlər nazirinin müavini noyabrın 4-də Vaşinqtonda  təhlükəsizlik məsələləri üzrə sayca 11-ci Azərbaycan-Amerika məsləhətləşmələrini keçirmək üçün görüşüblər. Bu barədə ABŞ-ın Dövlət Departamentinin saytındakı məlumatda deyilir. Danışıqlar 2007-ci ilin iyul ayında Vaşinqtonda uğurla keçirilən əvvəlki danışıqlar əsasında qurulub.

Məsləhətləşmələr əsasən beynəlxalq və regional təhlükəsizlik məsələləri və dəniz təhlükəsizliyi, terrorizmlə və narkotiklərin yayılması ilə mübarizə, sərhədlərin təhlükəsizliyi və nüvə silahının yayılmaması məsələləri üzrə keçirilib.

Xəbər lenti

Xəbər lenti