...

Azərbaycan müdafiə naziri Silahlı Qüvvələrdə "donuz qripi"nə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün əmr imzalayıb

Siyasət Materials 5 Noyabr 2009 11:17 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend News-a verilən məlumata görə, şəxsi heyət arasında xüsusi təhlükəli virus infeksiyalarının yayılmasının qarşısını almaq və müvafiq profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə nazir Səfər Əbiyev Silahlı Qüvvələrin bütün rəhbər şəxslərinə müvafiq tapşırıqlar verib.
Azərbaycan müdafiə naziri Silahlı Qüvvələrdə "donuz qripi"nə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün əmr imzalayıb

Azərbaycan, Bakı, 5 noyabr / Trend , muxbir K. Zərbalıyeva/

Azərbaycan Silahlı Qüvvələrində "donuz qripi"nə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün müdafiə naziri əmr imzalayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev cümə axşamı Trend -a bildirib ki, şəxsi heyət arasında xüsusi təhlükəli virus infeksiyalarının yayılmasının qarşısını almaq və müvafiq profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə nazir Səfər Əbiyev Silahlı Qüvvələrin bütün rəhbər şəxslərinə müvafiq tapşırıqlar verib.

İmzalanmış əmrdə qeyd olunur ki, müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növləri komandirləri, birliklər, xidmət və müssisə rəisləri, hərbi təhsil müəssisələrinin rəisləri, hərbi komissarlıqların rəhbərləri tabeliyində olan bütün hərbi qulluqçuların sağlamlığının qorunması işini təşkil etməlidir.

Abdullayev bildirib ki, əmrin icrasına başlanılıb və bütün hərbi hissələrdə lazım olan profilaktik tədbirlər həyata keçirilir.

Azərbaycanda dünən "donuz qripi"nə yoluxma faktı qeydə alınıb. Ukraynanın İvanovo-Frankov vilayətində müvəqqəti yaşayan və oktyabrın sonunda Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında A/H1N1 aşkar edilib.

Xəstə Elmi-tədqiqat ağciyər xəstəlikləri institutuna yerləşdirilib və həkimlərin nəzarəti altında müalicə kursu keçir.

Xəstə ilə ünsiyyətdə olan şəxslər arasında profilaktik təbirlər keçirilir.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pulsuz olaraq "donuz qripi" A/H1N1 əleyhinə 300 milyon doza peyvənd ayrılan 90 ölkə sırasına daxil olub. Pandemiya əleyhinə vaksinlərin ilk hissəsi ölkəyə noyabrda gətiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada "donuz qripi" üzrə ümumilikdə 400 min yoluxma faktı qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti