...

Azərbaycan və ABŞ təhlükəsizlik məsələləri üzrə ikitərəfli görüşlər zamanı təkliflər paketi hazırlayıblar

Siyasət Materials 5 Noyabr 2009 14:56 (UTC +04:00)
Vaşinqtonda, təhlükəsizlik məsələlərinə dair 11-ci Amerika-Azərbaycan məsləhətləşmələri zamanı ABŞ ilə Azərbaycan arasında hərbi əməkdaşlığa dair əlaqələr də daxil olmaqla, təhlükəsizlik sahəsində əlaqələr, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları prosesı, Azərbaycan və NATO əməkdaşlığı, Əfqanıstanda təhlükəsizlik və gələcəkdə Qəbələ RLS-in istifadəsinə dair məsələlər müzakirə olunub, çərşənbə günü ABŞ milli mətbuat mərkəzində keçirilən mətbuat konfransında Azərbaycanın nümayəndə heyətinin rəhbəri Araz Əzimov deyib.
Azərbaycan və ABŞ təhlükəsizlik məsələləri üzrə ikitərəfli görüşlər zamanı təkliflər paketi hazırlayıblar

ABŞ, Vaşinqton, 05 noyabr / Trend , müxbir N.Boqdanova/

Vaşinqtonda, təhlükəsizlik məsələlərinə dair 11-ci Amerika-Azərbaycan məsləhətləşmələri zamanı ABŞ ilə Azərbaycan arasında hərbi əməkdaşlığa dair əlaqələr də daxil olmaqla, təhlükəsizlik sahəsində əlaqələr, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları prosesı, Azərbaycan və NATO əməkdaşlığı, Əfqanıstanda təhlükəsizlik və gələcəkdə Qəbələ RLS-in istifadəsinə dair məsələlər müzakirə olunub, çərşənbə günü ABŞ milli mətbuat mərkəzində keçirilən mətbuat konfransında Azərbaycanın nümayəndə heyətinin rəhbəri Araz Əzimov deyib.

Azərbaycan xarici işlər nazirinin müavini Əzimov danışıqları ümidverici kimi xarakterizə edib.

Məsləhətləşmələrdə ABŞ nümayəndə heyyətinə ABŞ dövlət katibinin hərbi siyasi məsələlər üzrə köməkçisi Endrü C.Şapiro başçılıq edib.

Əzimovun sözlərinə görə, danışıqlar zamanı hər iki tərəf təkliflər paketi hazırlayıb. "Biz bura Azərbaycanın bir sıra rəsmi təşkilatlarının nümayəndələri də daxil olmaqla, böyük nümayəndə heyəti ilə gəlmişik. Biz strateji əməkdaşlıq prinsiplərindən tutmuş, hərbi və qeyri-hərbi əməkdaşlığa kimi müxtəlif məsələləri müzakirə etdik. Hər iki tərəfin maraqlarını əks etdirən uzun tövsiyələr siyahısı hazırlamışıq. İşçi qruplar yaxın gələcəkdə bu tövsiyələr əsasında əməkdaşlığa başlayacaqlar", - azərbaycanlı diplomat deyib.

Onun sözlərinə görə, Azərbaycan və ABŞ arasında tərəfdaşlıq çox dərindir və "Bakı tərəfdaşlıq münasibətlərinin inkişafındakı yüksəlişi qeyd etməyə şaddır". "İkitərəfli əlaqələri təkcə ikitərəfli əməkdaşlıq proqramı vasitəsilə qiymətləndirilmir. Biz həmçinin beynəlxalq və regional səviyyədə təhlukənin aradan qaldırılmasına dair tədbirlər görürük və Avro-Atlantika təşkilatı çərçivəsində tərəfdaşlığımızı daha geniş konteksdə nəzərdən keçiririk", - Əzimov deyib.

Onun sözlərinə görə, tövsiyələr arasında Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə dair əlavə vəzifələr də nəzərdə tutulub.

"Biz həmçinin Xəzər dənizinin təhlükəsizliyi, sahilboyu nəzarət və Qəbələ RLS kimi məsələlərə dair fikir mübadiləsi apardıq, əməkdaşlıq yollarını müzakirə etdik", - Əzimov deyib.

Müzakirələrdə Azərbaycanın Əfqanıstanda qeyri-hərbi iştirakının genişləndirilməsi məsələsinə də toxunulub. Əzimovun sözlərinə görə, Azərbaycan əməkdaşlığın bütün formalarına hazırdır.

Danışıqların gündəliyindəki əsas mövzulardan biri energetrika sahəsində təhlükəsizlik məsələsi olub. "Biz energetika infrastrukturunda təhlükəsizliyin təmin edilməsinə dair məsələləri müzakirə etdik və məsləhətləşmələri davam etdirəcəyik. Bu, heç şübhəsiz ki, dənizdə təhlükəsizlik və antiterrorizm fəaliyyəti üzrə məsələlərlə əlaqədardır", - nazir müavini bildirib.

Məsləhətləşmələr zamanı xüsusi diqqət Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə yönəldilib.

Xəbər lenti

Xəbər lenti