...

Azərbaycanın Rus İcması ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etmək niyyətindədir

Siyasət Materials 6 Noyabr 2009 13:15 (UTC +04:00)
Azərbaycanın Rus İcması ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etmək niyyətindədir.
Azərbaycanın Rus İcması ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etmək niyyətindədir

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir E.Tarıverdiyeva /

Azərbaycanın Rus İcması ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etmək niyyətindədir.

"Biz respublikanın ictimai-siyasi həyatına fəal qoşulmaq istəyirik. Hələlik Rus icması ictimai-siyasi fəallığı ilə seçilməyib, lakin hazırda vəzifələrimiz artır", - cümə günü jurnalistlərə icmanın başçısı Mixayıl Zabelin bildirib.

Rus icması siyasi partiyaların işində, həmçinin seçki proseslərində fəal iştirak etməyi planlaşdırır.

"Bu gün Azərbaycanın milli azlıqlarının hüquqlarını məhdudlaşdıran qanunlar yoxdur, lkain inteqrasiya üçün dövlət dilini bilmək vacibdir. Buna görə də, bundan sonrakı dövrdə biz azərbaycan dilinin öyrənilməsi üzrə gücləndirilmiş işlərin həyata keçirilməsini qarşıya qoyacağıq. Çünki, dövlət dilini bilmədən ictimai-siyasi həyatda iştirak etmək ağlasığmazdır", - Zabelin qeyd edib.

Cümə günü Bakıda Azərbaycanın Rus İcmasının üçüncü qurultayı keçirilir.

Xəbər lenti

Xəbər lenti