...

Azərbaycanda 30 mindən artıq namizədliyi təsdiq edilən şəxslər imza vərəqələri alıblar

Siyasət Materials 6 Noyabr 2009 18:08 (UTC +04:00)
Azərbaycanda 1718 bələdiyyə üzrə 31 728 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə cümə günü Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend News-a məlumat verilib.
Azərbaycanda 30 mindən artıq namizədliyi təsdiq edilən şəxslər imza vərəqələri alıblar

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda 1718 bələdiyyə üzrə 31 728 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə cümə günü Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Trend -a məlumat verilib.

Azərbaycanda 23 dekabrda bələdiyyə seçkiləri keçiriləcək. Builki seçkilərdə 1718 bələdiyyə üzrə 15682 bələdiyyə üzvü seçilməlidir.

Daha əvvəl yerli özünüidarəetmə orqanlarına seçkilər iki dəfə - 1999 və 2004-cü illərdə keçirilib.

Namizədliyi təsdiqlənmiş şəxslərin 30 840 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb. "Həmin şəxslərdən 24 441 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 1599 bələdiyyə üzrə 18 597 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınmış namizədlərin 10 072 nəfəri ali təhsillidir. Namizədliyi qeydə alınmış şəxslərin 4153-ü qadındır", - mətbuat xidmətindən məlumat verilib.

Namizədlikləri özləri tərəfindən irəli sürülən şəxslərdən 9830 nəfəri bitərəfləri, digərləri isə 31 siyasi partiyanı əhatə edirlər. 22 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti