...

Gürcüstanın Azərbaycandakı yeni səfiri Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri olacaq

Siyasət Materials 9 Noyabr 2009 17:33 (UTC +04:00)
Gürcüstanın Azərbaycandakı yeni səfiri İvan Noniaşvili olacaq. Bu gün Gürcüstanın Parlament bürosu onun bu vəzifəyə namizədliyini Prezident Mixail Saakaşviliyə təqdim edib.
Gürcüstanın Azərbaycandakı yeni səfiri Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri olacaq

Gürcüstan, Tbilisi, 09 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Azərbaycandakı yeni səfiri İvane Noniaşvili olacaq. Bu gün Gürcüstanın Parlament bürosu onun bu vəzifəyə namizədliyini Prezident Mixail Saakaşviliyə təqdim edib.

Parlamentdə təsdiq olunduqdan sonra Noniaşvili bu vəzifədə artıq Gürcüstanın İspaniyada səfiri təyin olunan Nikoloz Natbiladzeni əvəz edəcək.

Noniaşvili 2006-cı ildən Gürcüstanın Prezident Administrasiyasının mətbuat xidmətinə başçılıq edir. O, rus, ingilis və türk dillərində danışa bilir, həmçinin mülki məsləhətçi rütbəsinə malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti