...

Tbilisidə GUAM PA öz işini başa vurub

Siyasət Materials 10 Noyabr 2009 16:17 (UTC +04:00)
GUAM PA bu gün "Şeraton Metexi Palas" mehmanxanasında keçirilən ikigünlük işini iki nizamnamə və rəsmi məlumatın qəbul edilməsi ilə başa vurub.
Tbilisidə GUAM PA öz işini başa vurub

Gürcüstan, Tbilisi, 10 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Avroatlantik strukturlarla maksimal yaxınlaşma, enerji təhlükəsizliyi, vahid iqtisadi bazarın formalaşdırılması, antiterror fəaliyyətinin həyata keçirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizə, demokratik institutların yaradılması - bütün bunlar Tbilisidə keçirilən GUAM-ın Parlament Assambleyasının dördüncü iclasında qəbul edilən rəsmi məlumata daxil olan əsas məsələlərdir.

GUAM PA bu gün "Şeraton Metexi Palas" mehmanxanasında keçirilən ikigünlük işini iki nizamnamə və rəsmi məlumatın qəbul edilməsi ilə başa vurub.

Nizamnamələr Parlament Assambleyası komitələrinin işinə və təşkilat nüümayəndələrinin Ukraynada keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirakına aiddir.

GUAM PA-nın ikigünlük işinə bu gün mətbuat konfransı ilə yekun vurulub.

Gürcüstan Parlamentinin deputatı Vano Xuxunaişvili iclasda bəyan edib ki, GUAM-ın parlament tərkibinin gücləndirilməsi və inkişaf planı hazırlanıb.

"Bizim məqsədimiz əməkdaşlığı parlament tərkibi ilə hökumət səviyyəsində möhkəmləndirməkdir. Sabah GUAM ölkələrinin xarici işlər nazirlərinin görüşü olacaq. Konkret layihə bu görüşdə qəbul ediləcək", - Xuxunaişvili bəyan edib.

Ehtimala görə, GUAM PA-nın növbəti iclası Moldovada keçiriləcək. Xuxunaişvilinin sözlərinə görə, bu məsələ ilə bağlı son qərar təşkilatın sammitindən sonra məlum olacaq.

GUAM PA-nın iclasında təşkilata üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, Baltiya ölkələrinin Parlament Assambleyasının prezidenti də iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti