...

Azərbaycanda yol qəzasında həlak olan və xəsarət alan hərbçilərin sayı dəqiqləşib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Noyabr 2009 14:35 (UTC +04:00)
Azərbaycanın Tərtər rayonu ərazisində baş verən ağır yol qəzası zamanı Silahlı Qüvvələrin 4 əsgəri həlak olub, biri isə yaralanıb.
Azərbaycanda yol qəzasında həlak olan və xəsarət alan hərbçilərin sayı dəqiqləşib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Redaksiyanın Əlavəsi: doqquzuncu abzasa əlavə olunur.

Azərbaycanın Tərtər rayonu ərazisində baş verən ağır yol qəzası zamanı Silahlı Qüvvələrin 4 əsgəri həlak olub, biri isə yaralanıb.

Noyabrın 11-də Borsunlu-Hindarx yolunun 41-ci kilometrdə Cəmilli kəndinin yol ayırıcında Müdafiə Nazirliyinə məxsus ZİL markalı hərbi yük maşını "Mersedes" markalı avtomobil ilə toqquşub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev cümə axşamı Trend -a bildirib ki, 19 yaşlı Məmmədov Elşən Gündüz oğlu (Tovuz rayonu), Quliyev Orxan Murad oğlu (Ağstafa), Ağayev Pərviz Gülağa oğlu (Masallı), Tağlı Rəşid Cabbar oğlu (Tovuz) həlak olub, Vəliyev Yaşar Balabəy oğlu (Zaqatala) xəsarət alıb.

Abdullayev bildirib ki, faktla bağlı araşdırma aparılır.

Hüquq-mühafizə orqanlarındakı mənbə Trend -a bildirib ki, qəza zamanı 5 əsgər həlak olub, 6 nəfər yaralanıb.

Həlak olanlardan biri Bakının Sabunçu rayonundan hərbi xidmətə çağırılmış 19 yaşlı Nəsirov Şahmar Firudin oğludur.

Yuxarıda adı çəkilən əsgərdən əlavə Alxasov Vüsal Alxas oğlu (Oğuz), gizir Kalininov Oleq Vladislavoviç, Məhərrəmov Tural Musavər oğlu (Qəbələ), kiçik çavuş Əzizov Teymur Elman oğlu, kapitan Məmmədov Ərəstun Əhmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar hərbi hospitala yerləşdirilib.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması (263.3) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytının yaydığı məlumata görə, qəza zamanı 5 hərbçi hadisə yerində həlak olub, 7 hərbci və 3 mülki şəxs yaralanıb.

Məlumatda bildirilir ki, Tərtər rayonunun Cəmilli kəndi ərazisində mülki şəxsə və Müdafiə Nazirliyinə məxsus 2 "ZİL" markalı yük avtomobili toqquşub. Qəzadan sonra Müdafiə Nazirliyinə məxsus avtomobilin arxa təkərləri yanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti