...

Azərbaycanın Quba rayonunda törədilən soyqırımla bağlı muzey tikilməsinə ilkin vəsait ayrılıb

Siyasət Materials 12 Noyabr 2009 12:36 (UTC +04:00)
“Azərbaycanın şimal bölgəsindəki Quba rayonunda (paytaxt Bakıdan 160 kilometr məsafədə) ermənilərin 1918-ci ildə yerli əhaliyə qarşı törətdikləri soyqırımla bağlı muzey tikilməsinə hazırlıq artıq başlayıb”, - cümə axşamı Trend News-a Milli Məclisin deputatı Yevda Abramov bildirib.
Azərbaycanın Quba rayonunda törədilən soyqırımla bağlı muzey tikilməsinə ilkin vəsait ayrılıb

Azərbaycan, Bakı, 12 noyabr / Trend , muxbir A.Hüseynbala/

Azərbaycanın Quba rayonunda törədilən soyqırımla bağlı muzey tikilməsinə ilkin vəsait ayrılıb.

"Azərbaycanın şimal bölgəsindəki Quba rayonunda (paytaxt Bakıdan 160 kilometr məsafədə) ermənilərin 1918-ci ildə yerli əhaliyə qarşı törətdikləri soyqırımla bağlı muzey tikilməsinə hazırlıq artıq başlayıb", - cümə axşamı Trend -a Milli Məclisin deputatı Yevda Abramov bildirib.

Trend -un arayışı: 2007-ci il aprel ayının ortalarında Quba şəhər stadionunun tikintisi zamanı kütləvi insan məzarlığı aşkarlanıb. Ekspertlər müəyyən ediblər ki, burada insanların nizamsız şəkildə dəfn olunması və digər amillər onların 1918-ci ildə ermənilərin soyqırımına məruz qaldığını sübuta yetirib.

Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir.

Abramovun sözlərinə görə, ermənilərin soyqırımının sübutu olan kütləvi məzarlıqda tikiləcəl muzey layihəsinin ilkin variantını Quba rayon İcra Hakimiyyəti Prezident Administrasiyasına təqdim edib. "Layihənin birinci mərhələsinin həyata keçirilməsi üçün artıq 1 milyon manat vəsait də ayrılıb", - millət vəkili əlavə edib.

Millət vəkili deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin sentyabr ayında Qubada səfərdə olarkən kütləvi məzarlıqda muzeyin tikilməsi məsələsinin sürətləndirilməsi ilə bağlı müvafiq qurumlara göstəriş verib. "Prezident kütləvi məzarlıqda yüksək səviyyəli muzeyin tikilməsini tapşırıb. Düşünürəm ki, burada belə bir muzey tikilməlidir və biz bunun vasitəsilə ermənilərin törətdiyi soyqırımı bütün dünyaya çatdırmalıyıq", - Abramov vurğulayıb.

Onun fikrincə, ayrılan ilkin vəsaitlə kütləvi məzarlığın ətrafındakı bir neçə yaşayış evinin köçürülməsi həyata keçiriləcək. "Bundan sonra ayrılacaq vəsait isə birbaşa muzeyin tikintisinə sərf olunacaq", - millət vəkili xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti