...

Aİ tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sıx danışıqlarını alqışlayır - xüsusi nümayəndə (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 Noyabr 2009 16:14 (UTC +04:00)
"Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşümüz zamanı Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Türkiyə münasibətləri, həmçinin enerji məsələləri müzakirə etdiyimiz əsas mövzular idi", - bazar ertəsi Bakıda jurnalistlərə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib.
Aİ tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sıx danışıqlarını alqışlayır - xüsusi nümayəndə (ƏLAVƏ OLUNUB)

RED. əlav: son dörd abzas əlavə olunub

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir V.Javoronkova/

"Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşümüz zamanı Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Türkiyə münasibətləri, həmçinin enerji məsələləri müzakirə etdiyimiz əsas mövzular idi", - bazar ertəsi Bakıda jurnalistlərə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

O, Azərbaycan rəhbərliyi ilə danışıqların gedişinə şərh verməyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Azərbaycan-Ermənistan münaqişəsi üzrə sıx görüşləri bu problemin həlli prosesində müsbət amildir. "Çox şey əldə olunub və onları itirmək olmaz", - Semnebi deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Semnebi bildirib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasını Aİ müsbət amil kimi qiymətləndirir. "Belə ki, biz regionda bütün sərhədlərin açıldığını, insanların sakit şəkildə yaşadığını, ticarət axınlarının region ölkələrini yaxınlaşdırdığını görmək istəyirik", - o deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyət mürəkkəbdir və üç əsas sərhəd bağlıdır - bunlar Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan və Gürcüstan-Rusiya sərhədləridir. "Nədənsə başlamaq lazımdır", - Semnebi bildirib.

"Biz bu məsələ üzrə ciddi irəliləyişlərə ümid edirik və bu məsələdə israrlıyıq", - Aİ-nin xüsusi nümayəndəsi deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti