...

Qarabağ münaqişəsində status-kvo Azərbaycan üçün yolverilməzdir - XİN rəhbəri

Siyasət Materials 16 Noyabr 2009 18:48 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib.
Qarabağ münaqişəsində status-kvo Azərbaycan üçün yolverilməzdir - XİN rəhbəri

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir V.Javoronkova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətindən Trend -a bildirilib.

Görüşdə Aİ-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Semnebi Avropa İttifaqının Azərbaycanla sıx əlaqələr qurmaqda, münaqişələrin tezliklə həll edilməsi və regionda sülhün bərqərar olunmasında maraqlı olduğunu bildirib.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Aİ ilə əməkdaşlığa, xüsusilə də "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində mühüm əhəmiyyət verir.

XİN rəhbəri Qarabağ münaqişəsində status-kvonun saxlanmasının Azərbaycan üçün yolverilməz olduğunu qiymətləndirərək, münaqişənin yalnız beynəlxalq hüquq və Azərbaycanın suverenliyi çərçivəsində nizamlanmasının mümkünlüyünü vurğulayıb. Daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti