...

Azərbaycan Prezidenti alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 16 Noyabr 2009 20:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda külək, günəş, biokütlə və geotermal enerjisinin istehsalı imkanlarının öyrənilməsi və tətbiqi üçün lazımi tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Sənaye və Energetika Nazirliyinə 1 (bir) milyon manat, külək enerji ehtiyatlarının, eyni zamanda dağ çaylarının enerji potensialının öyrənilməsi və kiçik su elektrik stansiyalarının geniş tətbiqinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə 1 (bir) milyon manat məbləğində vəsaitin ayrılması qeyd olunub.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin emək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Xəbər lenti

Xəbər lenti