...

Azərbaycan Prezidenti Dövlət bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 17 Noyabr 2009 20:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Dövlət bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Dövlət bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunr ki, Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Xəbər lenti

Xəbər lenti