...

Çexiyanın Azərbaycandakı səfirliyi dekabrın ilk həftəsindən fəaliyyətə başlayacaq

Siyasət Materials 19 Noyabr 2009 16:01 (UTC +04:00)
Çexiyanın Azərbaycandakı səfirliyi dekabr ayının ilk həftəsindən fəaliyyətə başlayacaq. Bu barədə cümə axşamı Praqadan telefonla Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə Trend News-a bildirib.
Çexiyanın Azərbaycandakı səfirliyi dekabrın ilk həftəsindən fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir S. Ağayeva/

Çexiyanın Azərbaycandakı səfirliyi dekabr ayının ilk həftəsindən fəaliyyətə başlayacaq. Bu barədə cümə axşamı Praqadan telefonla Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə Trend -a bildirib.

Çexiya Respublikasını Azərbaycanda dekabr ayının əvvəllərində Bakıya gələcək səfir Radek Matula təmsil edəcək.

Azərbaycan Çexiyada diplomatik nümayəndəliyini 2007-ci ildə açıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, iki ölkə arasında əmtəə dövriyyəsi 2009-cu ilin yanvar-sentyabr aylarında 21,2 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti