...

Ölüm hökmünün yenidən tətbiq edilməsi barədə mümkün qərar Qırğızıstanın nüfuzuna xələl gətirəcək – Human Rights Watch

Siyasət Materials 19 Noyabr 2009 17:28 (UTC +04:00)
Qırğızıstanda ölüm hökmünün yenidən tətbiq edilməsi ölkənin beynəlxalq nüfuzuna xələl gətirə və insan hüquqlarına zərbə vura bilər. Mərkəzi Asiya təşkilatı Human Rights Watch-un tədqiqatçısı Andrea Berq belə hesab edir.

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir V.Javoronkova/

Qırğızıstanda ölüm hökmünün yenidən tətbiq edilməsi ölkənin beynəlxalq nüfuzuna xələl gətirə və insan hüquqlarına zərbə vura bilər. Mərkəzi Asiya təşkilatı Human Rights Watch-un tədqiqatçısı Andrea Berq belə hesab edir.

"Ölüm hökmünün yenidən tətbiq olunması ölkədə təhlükəsizliyi bərpa etməyəcək, əksinə, Qırğızıstanın beynəlxalq nüfuzuna xələl gətirəcək və insan hüquqlarına zərbə vuracaq", - Berq elektron poçt vasitəsilə Trend -a bildirib.

Qırğızıstanda ölüm hökmündən istifadənin bərpa edilməsi barədə müzakirə yenidən başlayıb. Hazırda Qırğızıstanda ölüm hökmü ləğv edilib və ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilib. Qırğızıstanın Parlament Fraksiyası "Ak Jol" "1989-cu il dekabrın 15-də BMT Baş Assambleyasının 44/128 qətnaməsini qəbul edərək ölüm hökmünün ləğvinə istiqamətlənmiş mülki və siyası hüquqlar haqqında Beynəlxalq Pakta dair İkinci Fakültativ Protokola birləşməsi haqqında" qanun layihəsini dəstəkləməyib.

"Human Rights Watch hər bir halda ölüm hökmünün əleyhinədir, ona görə ki, bu cəza növü öz mahiyyətinə görə sərt və rəhimsizdir", - Berq deyib.

Onun sözlərinə görə, Human Rights Watch təşkilatı ölüm hökmünün tətbiq edilməsi barədə Qırğızıstandakı diskussiyadan narahatdır.

Berqin sözlərinə görə, təəssüf ki, bu, Qırğızıstanda insan hüquqlarını məhdudlaşdıran ümumi təhlükə tendensiyalarından yalnız biridir. "Bu fakt, həmçinin hüquq pozuntularından xəbər verir", - o hesab edir.

"Bununla yanaşı, məhkəmə hakimiyyətinin gücləndirilməsi, ATƏT-in məhkəmə proseslərinin keçirilməsinə dair tövsiyələrinin reallaşdırılması, işgəncələrin tətbiq edilməsinə dair bütün müraciətlərin istintaqı və həbs edilənlərlə sərt davranışa görə günahkar olanların məsuliyyətə cəlb edilməsi kimi ciddi islahatların aparılması vacib olardı", - Berq deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti