...

Azərbaycanda bələdiyyələrə namizədlərin qeydiyyat dövründə bütün partiyalara eyni şərait yaradılıb - Prezident Administrasiyasının rəhbəri

Siyasət Materials 23 Noyabr 2009 16:37 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrə namizədlərin qeydiyyat dövründə imzatoplama və imzaların təsdiqlənməsində hakim Yeni Azərbaycan Partiyasına yaradılan şərait digər partiyalara da yaradılıb. Trend News-un məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.
Azərbaycanda bələdiyyələrə namizədlərin qeydiyyat dövründə bütün partiyalara eyni şərait yaradılıb -  Prezident Administrasiyasının rəhbəri

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycanda bələdiyyələrə namizədlərin qeydiyyat dövründə imzatoplama və imzaların təsdiqlənməsində hakim Yeni Azərbaycan Partiyasına yaradılan şərait digər partiyalara da yaradılıb. Trend -un məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.

"Şikayət edən partiyaların əsas problemi ondan ibarətdir ki, həmin özlərini müxalifət adlandıran partiyaların sosial dayaqları tükənib. Müxtəlif aldadıcı tədbirlərlə bunlar çalışıblar ki, öz nümayəndələrinin saylarını artırsınlar. Bizim məqsədimiz Azərbaycanda həqiqi demokratik seçkilərin keçirilməsidir", - Mehdiyev deyib.

Trend -un arayışı: Azərbaycanda bəzi müxalifət partiyaları bələdiyyələrə namizədlərin qeydə alınmasında problem yaradıldığı barədə məlumat yayıblar.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.Azərbaycanda bələdiyyələrə namizədlərin qeydiyyatı bu gün saat 18:00-da başa çatacaq.

Mehdiyevin sözlərinə görə, hətta bəzi müxalifət partiyaları bəzi vətəndaşları özlərinin məlumatları olmadan partiyalarına qəbul ediblər.

"Həmin adamlar gəlib sənəd təqdim edəndə, soruşublar ki, hansı partiyanın nümayəndəsisən, onlar başqa partiyanın adlarını açıqlayıblar. Yəni həmin təqdim olunan siyahını təsdiq eləmirdilər. Bu cür aldadıcı variantlarla istəyirlər ki, saylarını artırsınlar", - PA rəhbəri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti