...

Azərbaycan Prezidenti Ağsu əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 23 Noyabr 2009 20:01 (UTC +04:00)
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağsu rayon İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat məbləğində vəsait ayrılsın.
Azərbaycan Prezidenti Ağsu əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Ağsu rayonunda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağsu rayon İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsinin müəyyən olunmuş qaydada həyata keçirilməsi, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Xəbər lenti

Xəbər lenti