...

Tbilisi rəhbərliyinə namizəd fəaliyyətdə olan mer Qiqi Uqulava olacaq

Siyasət Materials 1 Dekabr 2009 16:31 (UTC +04:00)
Tbilisi şəhərinin meri vəzifəsinə hakimiyyətdə olan partiyanın namizədi, Gürcüstan paytaxtının hazırkı başçısı Qiqi Uqulava olacaq. Bu barədə bu gün jurnalistlərə hakim "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri, parlamentin vitse-spikeri Mixail Maçavariani bildirib.
Tbilisi rəhbərliyinə namizəd fəaliyyətdə olan mer Qiqi Uqulava olacaq

Gürcüstan, Tbilisi, 01 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Tbilisi şəhərinin meri vəzifəsinə hakimiyyətdə olan partiyanın namizədi, Gürcüstan paytaxtının hazırkı başçısı Qiqi Uqulava olacaq. Bu barədə bu gün jurnalistlərə hakim "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri, parlamentin vitse-spikeri Mixail Maçavariani bildirib.

O qeyd edib ki, Uqulava layiqli namizəddir və paytaxt əhalisi arasında nüfuza malikdir. "O, mer seçkilərində qalib gələ biləcək yaxşı namizəddir", - Maçavariani deyib.

Tbilisinin mer seçkiləri 2010-cu il iyulun 1-dən gec olmayaraq baş tutmalıdır. Seçkilər təxminən mayın 30-da keçirilməlidir.

Müxalifət hökumətə müqavimət göstərə bilmək üçün paytaxt rəhbərliyinə vahid namizəd irəli sürmək niyyətindədir. Müxalifət namizədləri arasında "Gürcüstan Naminə Alyans"-ın lideri İrakli Alasaniyanın, mühafizəkarların lideri Zviad Dzidziqurinin və "Xalq Partiyası"nın lideri Koba Davitaşvilinin adları çəkilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti