...

Azərbaycan gələcəkdə Böyük Britaniya üçün daha önəmli olacaq - sabiq Baş nazir Toni Bleyer

Siyasət Materials 1 Dekabr 2009 18:19 (UTC +04:00)
Böyük Britaniyanın sabiq Baş naziri inanır ki, gələcəkdə Azərbaycan Böyük Britaniya üçün daha önəmli olacaq.
Azərbaycan gələcəkdə Böyük Britaniya üçün daha önəmli olacaq - sabiq Baş nazir Toni Bleyer

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir Ü.Sadıxova/

Böyük Britaniyanın sabiq Baş naziri inanır ki, gələcəkdə Azərbaycan Böyük Britaniya üçün daha önəmli olacaq.

"Mən Baş nazir olduğum zaman Azərbaycan ilə ölkənizdə ən iri investorlarının olduğu Böyük Britaniya arasındakı əlaqələri genişləndirməyə çalışmışam", - çərşənbə axşamı Bakıda Böyük Britaniyanın keçmış Baş naziri Toni Bleyer deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr son illərdə daha aktiv inkişaf etməyə başlayıb.

"Britaniyalılar sizin ölkə haqında nə qədər bilirlərsə, bir o qədər də heyrətlənirlər", - Bleyer deyib.

"Mən inanıram ki, Azərbaycan gələcəkdə Böyük Britaniya üçün daha önəmli olacaq", - o deyib.

Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer çərşənbə axşamı Azərbaycanın AZMECO şirkətinin dəvəti ilə Bakıya səfər edib.

Böyük Britaniyanın sabiq Baş nazirinin ölkəyə səfərinin məqsədi Avropa Yenidənqurma və İnkişaf Bankının AZMECO-ya metanol zavodunun inşası üçün 120 milyon dollarlıq kredit ayrılmasına dair müqavilənin imzalanması mərasimində iştirak etməkdir.

Toni Bleyer Böyük Britaniyanın Leyborist Partiyasının lideridir və bu ölkənin 73-cü Baş naziri olub (1997-2007).

O, 2007-ci il iyun ayının 27-də Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə vasitəçi kvartetin xüsusi nümayəndəsi təyin edilib. 2008-ci ilin yanvar ayında isə JP Morgan bankının beynəlxalq şurasının üzvü və baş məsləhətçisi olub.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) oktyabr ayında Azərbaycanda metanol istehsal edəcək zavodun tikintisi çərçivəsində AZMECO şirkəti üçün 120 milyon dollar həcmində kreditin maliyyələşdirilməsinə razılıq verib. Maliyyələşmə iki tranşla həyata keçiriləcək: 90 milyon dollar 9 il müddətinə bank vəsaitlərindən veriləcək, qalan 30 milyon dollar isə 10 il müddətinə veriləcək.

Tikinti işlərinə hələ 2007-ci ildə başlanılıb. Bu layihədə AZMECO-nun şəxsi əmanəti 70 milyon dollardır. Layihənin maliyyələşdirilməsi prosesində Azərbaycan Beynəlxalq Bankı, EDC of Canada və Qara dəniz Ticarət və İnkişaf Bankı da iştirak edir, şirkətdən deyilib.

Zavodun inşası layihəsinin ümumi dəyəri 300 milyon dollardan çoxdur. Qaradağ rayonunda yerləşəcək metanol istehsal edən zavodun gələn ilin üçüncü rübündə istismara verilməsi planlaşdırılır.

Birinci faza çərçivəsində zavodun illik gücü 720 min ton olacaq. Kompleksin tikintisinin ikinci fazası çərçivəsində işlərin başa çatması 2011-ci ilə planlaşdırılır. Bu fazada azot gübrələri istehsal ediləcək. Layihənin ikinci fazası çərçivəsində 400 min tona yaxın azot gübrəsinin istehsal edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti