...

Azərbaycan Parlamenti bir il müddətində məişət zorakılığına qarşı qanun layihəsini qəbul etməlidir - vitse-spiker

Siyasət Materials 2 Dekabr 2009 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti bir il müddətində məişət zorakılığına qarşı qanun layihəsini qəbul etməlidir.

"Layihənin qəbul olunması üçün siyasi partiyaların, hüquq-mühafizə orqanlarının da bizə dəstək verməsi vacibdir", - Trend -un məlumatına görə, çərşənbə günü Milli Məclisdə "Qadınlara qarşı zorakılığa yox deyək" mövzusunda keçirilən dinləmələrdə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Azərbaycan Parlamenti 2008-ci ildə "Məişət zorakılığı haqqında" qanun layihəsini müzakirəyə çıxarsa da, onu yenidən işlənməsi üçün geri qaytarıb.

BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə, noyabrın 25-i qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur.

Onun sözlərinə görə, Azərbaycan 2006-cı ildən Avropa Şurasının ailə-məişət zəminində baş verən zorakılıqlara qarşı başladığı kampaniyaya qoşulub.

"Xeyli müddətdir bu problem bütün dünyada aktualdır və Azərbaycanda da bu sahədə Avropa Şurası və BMT ilə əməkdaşlıq edir", - Muradova qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində ailə-məişət zorakılıqlarını qarşısının alınmasını nəzərdə tutan müddəalar var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti