...

Azərbaycanlı Tələbələr İttifaqı Gürcüstan Prezidentinin təşəbbüsünü alqışlayır

Siyasət Materials 10 Dekabr 2009 16:46 (UTC +04:00)
Gürcüstanın Azərbaycanlı Tələbələr İttifaqı hesab edir ki, ölkənin ali məktəblərində ən yaxşı gənclər təhsil almalıdır. Bu barədə ittifaq nümayəndələri İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Georgi Xubua ilə görüşdə bildiriblər.
Azərbaycanlı Tələbələr İttifaqı Gürcüstan Prezidentinin təşəbbüsünü alqışlayır

Gürcüstan, Tbilisi, 10 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Azərbaycanlı Tələbələr İttifaqı hesab edir ki, ölkənin ali məktəblərində ən yaxşı gənclər təhsil almalıdır. Bu barədə ittifaq nümayəndələri İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Georgi Xubua ilə görüşdə bildiriblər.

Görüş Gürcüstan Prezidentinin təşəbbüsünə həsr edilib. Belə ki, Gürcüstan Prezidenti vahid milli imtahanlar zamanı Gürcüstanın ali mətkəblərinə daxil olan milli azlıq nümayəndələri üçün gürcü dili üzrə tələbin azaldılmasını tələb etmişdi. Obyektiv səbəblərə görə Gürcüstanda kompakt halda yaşayan azərbaycanlılar, ermənilər və digər milli azlıqların nümayəndələri dövlət dilini lazımi səviyyədə bilmir.

Azərbaycanlı tələbələr bu təşəbbüsü vaxtında hesab edirlər, lakin qeyd edirlər ki, ali məktəblərdə qabiliyyətli gənclər təhsil almalıdır və buna münasibətdə də göstəricilər onların təhsil səviyyələrinə xidmət etməlidir.

Xubua öz növbəsində azərbaycanlı həmvətəndaşların bu cür anlayışını alqışlayıb və rəhbərlik etdiyi universitetdə milli azlıqların daha çox nümayəndələrini görməkdən şad olacağını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti