...

AŞ-nin insan hüquqları üzrə komissarı bu həftə yenidən Gürcüstanda olacaq

Siyasət Materials 16 Dekabr 2009 19:06 (UTC +04:00)
AŞ-nin insan hüquqları üzrə komissarı Tomas Hammerberq bu həftə Gürcüstana gələcək və Sxinvalidə saxlanılan iki yeniyetmənin azad edilməsinə cəhd edəcək.
AŞ-nin insan hüquqları üzrə komissarı bu həftə yenidən Gürcüstanda olacaq

Gürcüstan, Tbilisi, 16 dekabr / Trend , müxbir N.Kirsxaliya/

AŞ-nin insan hüquqları üzrə komissarı Tomas Hammerberq bu həftə Gürcüstana gələcək və Sxinvalidə saxlanılan iki yeniyetmənin azad edilməsinə cəhd edəcək.

Avropa Şurasının Tbilisi ofisinin məlumatına görə, Hammerberq təxminən bu həftə Gürcüstana gedəcək və Sxinvaliyə səfər edəcək. O, noyabrın 4-də oğurlanan və Cənubi Osetiya sərhədini qeyri-qanuni keçməkdə günahlandırılan dörd yeniyetmədən əsirlikdə qalan ikisinin azad edilməsinə çalışacaq.

Hammerberq ayın əvvəlində artıq vasitəçi rolunu oynayıb və iki gürcü yeniyetməni Gürcüstan tərəfindən əsir alınmış beş osetinlə dəyişib. Osetiya hakimiyyəti komissara qalan iki gürcü yeniyetməni dekabrın 13-də azad edəcəklərinə dair söz vermişdi.

Lakin bu vədə baxmayaraq, 17 yaşlı Levan Xmiadaşvili və 16 yaşlı Viktor Buçukuri bu vaxtadək əsirlikdədir.

Onlarla yanaşı, həddi buluğa çatmamış Georgi Arçvadze Sxinvalidə saxlanılır. Ailəsinin məlumatına görə, o, iyulun 5-də Osetiya tərəfindən əsir alınıb, lakin son zamanlara qədər bu barədə bilən az olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti