...

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının iclası keçiriləcək

Siyasət Materials 16 Dekabr 2009 20:17 (UTC +04:00)
Bakıda 21-23 dekabr tarixlərində Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının növbəti iclası keçiriləcək, RF-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Trend News-a məlumat verib.
Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının iclası keçiriləcək

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Bakıda 21-23 dekabr tarixlərində Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının növbəti iclası keçiriləcək, RF-nin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Trend -a məlumat verib.

"Rusiya tərəfdən nümayəndə heyətinə Federasiya Şurası sədrinin müavini Svetlana Orlova, Azərbaycan tərəfdən isə Parlamentin vitse-spikeri Valeh Ələsgərov başçılıq edəcək", - səfir deyib.

Doroxinin sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibində Dövlət Dumasının bir neçə deputatı təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti