...

Azərbaycanın Gürcüstandakı səfirliyi Heydər Əliyev Fondu ilə birgə Tbilisidə uşaq rəsmləri üzrə müsabiqə keçirib

Siyasət Materials 17 Dekabr 2009 13:56 (UTC +04:00)
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Gürcüstandakı Azərbaycan məktəblərində oxuyan şagirdlər arasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Vİ uşaq rəsm müsabiqəsi keçirib. Bu barədə səfirliyin məlumatında deyilir.
Azərbaycanın Gürcüstandakı səfirliyi Heydər Əliyev Fondu ilə birgə Tbilisidə uşaq rəsmləri üzrə müsabiqə keçirib

Gürcüstan, Tbilisi, 17 dekabr / Trend , müxbir N.Kirtsxalia/

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Gürcüstandakı Azərbaycan məktəblərində oxuyan şagirdlər arasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Vİ uşaq rəsm müsabiqəsi keçirib. Bu barədə səfirliyin məlumatında deyilir.

Müsabiqənin münsiflər heyətinə Gürcüstanın tanınmış rəssamı, Gürcüstan İncəsənət Akademiyasının rektoru, professor Giya Buxadze rəhbərlik edib. Heydər Əliyev Fondu nümayəndəsinin iştirakı ilə qaliblərin mükafatlandırılma mərasimi bu gün "Vernisaj" sərgi salonunda təşkil olunacaq.

Müsabiqədə Gürcüstandakı 24 Azərbaycan məktbindən 368 şagirdin rəsm əsəri nümayiş olunub. 16 şagirdə və 5 məktəbə mükafat təqdim ediləcək. Müsabiqənin əsas mükafatı olan televizoru Heydər Əliyev Fondunun nümayəndəsi Marneuli orta məktəbinin VIII sinif şagirdi Türkan Yusubovaya təqdim edəcək.

Sərgi və qaliblərin mükafatlandırılma mərasiminə səfir, diplomatik korpusun Gürcüstanda akkreditə olunmuş digər nümayəndələri, Gürcüstan höküməti və Parlamentinin nümayəndələri, rəssamlar, yaradıcı ziyalılar, Gürcüstan məktəblərinin şagirdləri, Gürcüstan və Azərbaycan KİV-ləri dəvət olunublar.

Xəbər lenti

Xəbər lenti