...

Azərbaycan və Türkiyənin dövlət qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Siyasət Materials 21 Dekabr 2009 12:41 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında bazar ertəsi Bakıda əməkdaşlıq sazişi imzalanıb.
Azərbaycan və Türkiyənin dövlət qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında bazar ertəsi Bakıda əməkdaşlıq sazişi imzalanıb.

"2010-2011-ci illər üçün Fəaliyyət Proqramı" Türkiyənin Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslan və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov imzalayıb.

Fəaliyyət proqramı qarşılıqlı səfərləri, təlim kursları və seminarların keçirilməsini, məlumat mübadiləsi və dövlət qulluğu sahəsində qarşılıqlı maraqları nəzərdə tutur.

Sənəd "TürkiyəAzərbaycan arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq protokolu" çərçivəsində imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti