Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir Y.Ostapenko/
Ermənistan müxalifəti fevralın 19-da prezident seçkilərində namizədliyini irəli sürən, lakin qalib gəlməyən birinci prezident Levon Ter Petrosyanın başçılığı ilə 2008-ci il fevralın 20-də Yerevanın mərkəzində seçkilərin yekunlarından narazılıq ifadə edilən mitinq keçirib.
Etiraz aksiyası 1-2 mart tarixlərində keçirilib. Aksiya iğtişaş, mitinq iştirakçıları və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma ilə müşahidə edilib. İğtişaşlar nəticəsində 10 nəfər həlak olub, 200 nəfərdən artıq yaralanıb.
Jorj Kolombye və Con Preskotun sözlərinə görə, tövsiyələrdə 1-2 mart hadisələrinin hərtərəfli analizi əsaslandırılmır və kifayət qədər birtəfəlidir. "Belə bir təəssürat yaranır ki, komitə iqtidarın tənqidindən qaçmaq istəyib", - Avropa Şurasının məlumatında deyilir.
Həmməruzəçilər 12 mart tarixindən sonrakı hadisələrin analizinin olmamasına görə təəssüfləndiklərini və 10 nəfərin ölümünün araşdırılmasında konkret nəticələrin olmaması ilə əlaqədar narahat olduqlarını bildiriblər.
Həmməruzəçilər parlamentin xüsusi orqanına məruzədə əks olunan tövsiyələrin həyata keçirilməsinə dair nəzarəti davam etdirməyi və lazım gələrsə, araşdırmaların gələcəkdə də aparılmasını tövsiyə ediblər. Onların sözlərinə görə, Ermənistanın müntəzəm monitorinqləri çərçivəsində bu məsələləri diqqətlə izləyəcək və nəticələri gələn iclaslarda AŞPA-nın monitorinq komitəsinə məruzə edəcəklər.