...

Bakıda 4 saylı Qadın Müəssisəsində 330 məhbus səsvermədə iştirak edir

Siyasət Materials 23 Dekabr 2009 11:23 (UTC +04:00)
Bakıda 4 saylı Qadın Müəssisəsində 330 məhbus səsvermədə iştirak edəcək, bunlardan 318-i qadın, 12-si isə yaxınlıqda yerləşən müəssisədə məhbus olan gənclərdir, Trend News-un məlumatına görə, bunu jurnalistlərə Ədliyyə NAzirliyinin Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib.
Bakıda 4 saylı Qadın Müəssisəsində 330 məhbus səsvermədə iştirak edir

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda 4 saylı Qadın Müəssisəsində 330 məhbus səsvermədə iştirak edəcək, bunlardan 318-i qadın, 12-si isə yaxınlıqda yerləşən müəssisədə məhbus olan gənclərdir, Trend -un məlumatına görə. bunu jurnalistlərə Ədliyyə NAzirliyinin Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib.

Müəssisədə 335 məhkum var, onlardan 18-i xarici vətəndaş olduğundan, səsvermədə iştirak etməyib.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində bələdiyyə seçkisinə səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Səsvermə 19:00-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti