...

Azərbaycan Prezidenti xalq artisti Əminə Dilbazini 90 illik yubileyi münasibətilə təbrik edib

Siyasət Materials 25 Dekabr 2009 19:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev xalq artisti Əminə Dilbazini 90 illik yubileyi münasibətilə təbrik edib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti xalq artisti Əminə Dilbazini 90 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev xalq artisti Əminə Dilbazini 90 illik yubileyi münasibətilə təbrik edib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Sizi - Azərbaycan milli rəqs sənətinin böyük ustadını yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və uğurlar arzulayıram", - təbrik məktubunda deyilir.

Dövlət başçısı Azərbaycan mədəniyyətinin xarici ölkələrdə tanınmasında və geniş şöhrət qazanmasında Əminə Dilbazinin özünəməxsus yeri olduğunu qeyd edib.

"Yarım əsrdən bəri "Xalq Artisti" fəxri adını ləyaqətlə daşıyaraq Siz gənclər üçün sənətə sadiqlik rəmzinə çevrilmisiniz. Uzunmüddətli fəaliyyətiniz dövründə layiq görüldüyünüz çoxsaylı təltiflər, həmçinin müstəqil Azərbaycan Respublikasının ali mükafatı - "İstiqlal" ordeni Sizin nadir sənətinizə və şəxsiyyətinizə dövlət tərəfindən verilmiş yüksək qiymətdir", - məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti