...

Astanada dünya azərbaycanlılarının həmrəylik günü qeyd olunur

Siyasət Materials 29 Dekabr 2009 13:52 (UTC +04:00)
Bu gün Astanada dünya azərbaycanlılarının həmrəylik günü qeyd edilir. Bu barədə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov Trend News-a məlumat verib.
Astanada dünya azərbaycanlılarının həmrəylik günü qeyd olunur

Qazaxıstan, Astana, 29 dekabr / Trend , müxbir K.Konırova/

Bu gün Astanada dünya azərbaycanlılarının həmrəylik günü qeyd edilir. Bu barədə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov Trend -a məlumat verib.

"Qazaxıstan paytaxtında bizim ölkənin səfirliyi açılandan biz hər il dünya azərbaycanlılarının həmrəylik gününü qeyd edirik", - Qəndilov deyib.

Onun sözlərinə görə, həmin gün səfirlikdə Azərbaycan diasporunun yalnız Astanadakı deyil, həmçinin Qazaxıstanın digər yaxın regionlarındakı nümayəndələri, dövlət orqanlarının, Qazaxıstanın müxtəlif mədəniyyət birliklərinin nümayəndələri və jurnalistlər toplaşırlar.

"Bu tədbir iştirakçılarının sayı hər il artır. Ötən il olduğu kimi, bu ildə biz həmrəylik gününü Astanadakı "İnterkontinental" otelinin ən geniş zallarından birində keçirəcəyik", - diplomat deyib.

Onun məlumatına görə, Azərbaycanın Astanadakı səfirliyi üçün yeni binanın inşa edilməsi üzrə planlar var. Hazırda səfirlik Qazaxıstan paytaxtının sol sahilində yerləşən diplomatik şəhərciyin kotteclərindən birində yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti