...

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 59 azərbaycanlı müdavim and içib

Siyasət Materials 22 Yanvar 2010 12:52 (UTC +04:00)
FHN-in internet saytının məlumatına görə, yanvarın 21-də FHN Akademiyasında Ukrayna FHN Mülki Müdafiə Universiteti və Belarus Respublikası FHN Mühəndis-Komanda İnstitutunda təhsilə başlayan azərbaycanlı müdavimlərin andiçmə mərasimi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 59 azərbaycanlı müdavim and içib

Azərbaycan, Bakı, 22 yanvar / Trend , muxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 59 azərbaycanlı müdavim and içib.

FHN-in internet saytının məlumatına görə, yanvarın 21-də FHN Akademiyasında Ukrayna FHN Mülki Müdafiə Universiteti və Belarus Respublikası FHN Mühəndis-Komanda İnstitutunda təhsilə başlayan azərbaycanlı müdavimlərin andiçmə mərasimi keçirilib.

Müdavimlər Azərbaycan Respublikasının bayrağı önündə respublikamıza, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, Vətəni layiqincə qoruyacaqlarına and içiblər.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov andiçmə mərasiminə yekun vuraraq, gənclərə təhsillərində uğurlar arzulayıb və onların qarşısında duran vəzifələrdən danışıb.

Xəbər lenti

Xəbər lenti